SON DƏQİQƏ

Bakıda bir gecədə üç qəza

Tarix:

19-12-2018, 10:40

/ 10 257 dəfə oxundu.
Bakıda bir gecədə üç qəza

Gecə saatlarında Bakının Nizami rayonunun 8-ci km, Kamil Balakişiyev küçəsində yol-nəqliyyat hadisəsi  baş verib. 

GunAz.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Nəzərov Valeh Xaliq oğlu motosikletini idarə edərkən avtomobilə çırpılıb.

Hadisə nəticəsində V.Nəzərov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin əzilməsi, kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub. 

Daha bir hadisə Suraxanı rayonu, aeroport ərazisində baş verib, iki maşın toqquşub. Hadisə nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Nəbiyev Telman Əlisa oğlu ağır yaralanıb. T.Nəbiyev Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol bud çanaq oynağının sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Bakıxanov ərazisində isə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. 

Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Hümbətova Cənnət İslam qızını maşın vurub. Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qapalı kəllə beyin travması, burun sümüyünün və sol qolunun sınığı diaqnozu qoyulub. 

Hər üç faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ