SON DƏQİQƏ
» » Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Tarix:

7-10-2018, 08:22

/ 10 209 dəfə oxundu.
Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Ötən gün axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub.

GunAz.az "İnterfax"a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.

Seysmoloqların məlumatına görə, zəlzələ ötən gün Bakı vaxtı ilə 18:48-də Dedoplistskaro şəhərindən 25 km cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndinin 6-cı km-də baş verib.

Yeraltı təkanların mərkəzi yerin 40 km dərinliyində olub.

скачать dle 12.1

Şərhlər