SON DƏQİQƏ
» » Meyitxanada axtardığı qızlarını televiziyada görən ata böyük şok yaşadı

Meyitxanada axtardığı qızlarını televiziyada görən ata böyük şok yaşadı

Tarix:

26-07-2018, 23:05

/ 10 238 dəfə oxundu.
Meyitxanada axtardığı qızlarını televiziyada görən ata böyük şok yaşadı

Yunanıstanda yanğın faciəsindən sonra bir ata xəstəxana meyitxanalarında axtardığı 9 yaşlı əkiz qızlarını televiziyada görüb. Ancaq gəmi ilə xilas edildiyini gördüyü qızlarını hələ də tapa bilməyib.

GunAz.az Moderator.az-a istinadən xəbər verir ki. yanğın zamanı nənə və babalarının evində olan əkiz qızlarındann xəbər ala bilməyən ata xəstəxanaları axtarmağa başlayıb. Hətta bir meyitxanaya gedib DNT nümunəsi də verib. Bu zaman dənizdən xilas edilənlərin televiziyada yayımlanan bir görüntülərində qızlarını görüb. Əkizlər gəmidə qorxu içində bir adyala bükülmüş halda görünüblər.

Hazırda ata və ana qızlarını tapmağa çalışırlar. Çünki uşaqların adları azad edilənlər siyahısında yer almır. Gəmidən düşdükdən sonra hara getdikləri də bilinmir.

скачать dle 12.1

Şərhlər