SON DƏQİQƏ

Banka saxta dollar satmaq istədi

Tarix:

23-06-2018, 13:50

/ 10 211 dəfə oxundu.
Banka saxta dollar satmaq istədi

İyunun 22-də saat 19 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gəliblər.

DİN-dən Gunaz.Az-a verilən xəbərə görə, müəyyən edilib ki, banka gəlmiş naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.   Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib.

Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.
скачать dle 12.1

Şərhlər