SON DƏQİQƏ
» » Saxta pulla balıq almaq istədi - Polislər tərəfindən saxlanıldı

Saxta pulla balıq almaq istədi - Polislər tərəfindən saxlanıldı

Tarix:

26-03-2018, 13:51

/ 10 382 dəfə oxundu.
Saxta pulla balıq almaq istədi - Polislər tərəfindən saxlanıldı

Siyəzən rayonunda saxta əskinaslarla balıq məhsulları alan şəxs saxlanlıb.
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib. 
R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ