SON DƏQİQƏ

Əvvəllər məhkum olunmuş şəxs tutuldu

Tarix:

21-02-2018, 12:31

/ 953 dəfə oxundu.
Əvvəllər məhkum olunmuş şəxs tutuldu

Şəki rayonu Sarıca kənd sakini ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Gunaz.az -a verilən məlumata görə müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ətrafında aparılan araşdırmalarla onun Naftalan Şəhər sakini əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurluq yolu ilə əldə etdiyi heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun çox hissəsini borclu olduğu əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Laçın Əzimova verdiyini bildirib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ