SON DƏQİQƏ

Metroda oğurluq edən şəxs tutulub

Tarix:

17-03-2018, 14:23

/ 10 314 dəfə oxundu.
Metroda oğurluq edən şəxs tutulub

Metroda oğurluqla məşğul olan şəxs saxlanılıb.

Gunaz.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Lerik rayon sakini F.Məmmədzadə Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ