SON DƏQİQƏ

121 cinayətdən 29-u isti izlərlə açıldı

Tarix:

13-06-2018, 10:26

/ 10 263 dəfə oxundu.
121 cinayətdən 29-u isti izlərlə açıldı

Ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-dən Gunaz.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ