
Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.
GunAz.az yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.Alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1,4 manat.
Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı - 2,5 manat;
Abşeron-Xızı - 2,5 manat;
Dağlıq Şirvan - 1,6 manat;
Gəncə-Daşkəsən - 2,5 manat;
Qarabağ - 2,4 manat;
Qazax-Tovuz - 3,9 manat;
Quba-Xaçmaz - 2 manat;
Lənkəran-Astara - 1,4 manat;
Mərkəzi Aran - 2,5 manat;
Mil-Muğan - 2,2 manat;
Naxçıvan - 2,4 manat;
Şəki-Zaqatala - 2,6 manat;
Şərqi Zəngəzur - 2,2 manat;
Şirvan-Salyan - 1,5 manat.






























