SON DƏQİQƏ

113 cinayət - 42 nəfər həbs olundu

Tarix:

8-06-2018, 10:00

/ 10 220 dəfə oxundu.
113 cinayət - 42 nəfər həbs olundu

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 41-i “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Gunaz.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4, borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ