SON DƏQİQƏ
» » Avtobus və metrodan istifadə edənlərin nəzərinə.

Avtobus və metrodan istifadə edənlərin nəzərinə.

Tarix:

Bu gün, 16:08

/ 7 998 dəfə oxundu.
Avtobus və metrodan istifadə edənlərin nəzərinə.

1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti artırılacaq.
GunAz.az  xəbər verir ki, bu barədə BakıKart məlumat yayıb.
Məlumata görə, BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək. Bildirilib ki, kartlar 2015-ci ildən sərnişinlərin istifadəsinə verilsə də, ötən müddətdə onların satış qiymətində heç bir dəyişiklik edilməyib. 
Qeyd olunub ki, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Həmçinin vurğulanıb ki, bu müddət ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.
Məlumatda qeyd edilib ki, dəyişiklik yalnız yeni alınacaq BakıKart kartlarının satış qiymətinə şamil olunur.
BakıKart əlavə edib ki, gediş haqlarında və mövcud kartların balanslarında hər hansı dəyişiklik olmayacaq.
скачать dle 12.1

Şərhlər