SON DƏQİQƏ
» » Ağsuda dəhşətli qəza - Nazirlik əməkdaşı və həyat yoldaşı öldü

Ağsuda dəhşətli qəza - Nazirlik əməkdaşı və həyat yoldaşı öldü

Tarix:

16-03-2018, 20:41

/ 10 744 dəfə oxundu.
Ağsuda dəhşətli qəza - Nazirlik əməkdaşı və həyat yoldaşı öldü

Ağsu rayonunda dəhşətli yol qəzası baş verib. Qəzada 6 nəfər ölüb. Onlardan biri nazirilik əməkdaşıdır.

Gunaz.az-ın Trend-ə istinadən məlumatına görə, həlak olanlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.

O, Ağsu rayon sakini, 1962-ci il təvəllüdlü İsmiyev Temirşah Sirac oğludur. Hadisə nəticəsində həlak olan digər şəxs T.İsmiyevin həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

Hadisə nəticəsində həlak olan digər 4 nəfər isə Siyəzən rayon sakinləridir və hələlik onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Xatırladaq ki, bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ