SON DƏQİQƏ

Ağsuda polislər qəzaya düşdü

Tarix:

24-02-2018, 10:02

/ 1 078 dəfə oxundu.
Ağsuda polislər qəzaya düşdü

Ağsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb.

Ağsu rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin “Fiat Dubl” markalı xidməti avtomobili qarşı tərəfdən gələn VAZ-2109 markalı avtomobillə toqquşub. Hadisə zamanı post patrul bölməsinin əməkdaşları, polis serjantları - Ağsu rayonu Qaraqaşlı kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eyvaz İslah oğlu və Ağsu şəhəri 8-ci məhəllənin sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Fərid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ