SON DƏQİQƏ

Azərbaycanlıya ömürlük həbs verildi

Tarix:

26-02-2018, 14:47

/ 264 dəfə oxundu.
Azərbaycanlıya ömürlük həbs verildi

Rusiya Ali Məhkəməsi qətldə və hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsddə günahkar bilinən azərbaycanlı barəsində Orsk vilayət məhkəməsinin çıxardığı ömürlük azadlıq məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Gunaz.az yerli KİV-ə istinadən xatırladır ki, 2016-cı il, noyabrın 2-də 33 yaşlı azərbaycanlı Rauf Qardaşov mübahisə zəminində əvvəllər bir mənzildə yaşadığı qadına 20-ə yaxın bıçaq zərbəsi endirib.
Aldığı yaralardan qadın hadisə yerində keçinib.
Ardınca isə cinayətkar qadının 2012-ci il təvəllüdlü qızını doğrayıb. Saxlanılarkən cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına sərt müqavimət göstərib, hətta onlardan birinin qarın nahiyəsinə bıçaq xəsarəti yetirməyə çalışıb.
Azərbaycanlı "iki nəfərin, o cümlədən azyaşlının xüsusi amansızlıqla qəsdən qətlə yetirilməsi və qanuni vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” ittihamları üzrə təqsirli bilinib.
Məhkəmə onu ömürlük azadlıqdan məhrum edib. Hökmə əsasən? qatil cəzasını Orskın xüsusi rejimli islah müəssisəsində çəkəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ