SON DƏQİQƏ

Zaqatalada 3 hektar ərazi yandı

Tarix:

25-09-2017, 10:59

/ 661 dəfə oxundu.
Zaqatalada 3 hektar ərazi yandı

Sentyabrın 24-ü saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğın bu gün səhər saat 06:45 radələrində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər