SON DƏQİQƏ
» » Mayamidə məşhər yaşanır: qasırğa dəhşəti - Video

Mayamidə məşhər yaşanır: qasırğa dəhşəti - Video

Tarix:

12-09-2017, 00:20

/ 1 208 dəfə oxundu.
Mayamidə məşhər yaşanır: qasırğa dəhşəti - Video

Sosial şəbəkələrdə ABŞ-ın Florida ştatında hökm sürən dağıdıcı “İrma” qasırğası ilə bağlı dəhşətli videolar yayılıb.

GUNAZ.az xəbər verir ki, videolardan birində göründüyü kimi güclü qasırğa Mayami sahilində yerləşən evlərdən birinin damını uçurur.

Yerli jurnalistlərdən olan Omar Lyusun paylaşdığı videoda isə “İrma” qasırğası nəticəsində Mayami küçələrinin sürətlə çay suları ilə dolduğu məlum olur.

Digər jurnalist Coş Benson isə Mayaminin mərkəzi küçələrindən olan Aventurada qayıq və katerlərin batdığını əks etdirən video yayımlayıb.

Qeyd edək ki, “İrma” qasırğası Florida ştatında 3.3 milyondan çox insanı işıqsız qoyub.

Ştatın qubernatoru Rikk Skot əhaliyə xəbərdarlıq edərək, tez bir zamanda evləri tərk etməyi məsləhət bilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ