Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.