Qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Tarix:
30-05-2017, 08:33
/ 5 363 dəfə oxundu.
Bazar ertəsi Moskva şəhəri və vilayətində baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. "TASS" xəbər verir ki, son məlumatlara görə, Odintsova şəhərində üzərinə ağac düşən 86 yaşlı kişi dünyasını dəyişib.
O, qarın nahiyəsindən küt travma alıb və onurğa sütununun bel hissəsi qırılıb. Kişi xəstəxanaya aparılarkən yolda keçinib.
Bundan əvvəl qasırğa nəticəsində 137 nəfərin xəsarət aldığı xəbər verilmişdi.
Hazırda kommunal təsərrüfat işçiləri təbii fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.