SON DƏQİQƏ
» » Masallıda məktəb yoldaşını öldürən şagird tutuldu

Masallıda məktəb yoldaşını öldürən şagird tutuldu

Tarix:

29-05-2017, 16:56

/ 2 621 dəfə oxundu.
Masallıda məktəb yoldaşını öldürən şagird tutuldu

Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib. İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər