SON DƏQİQƏ
» » Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub

Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub

Tarix:

17-05-2017, 09:53

/ 393 dəfə oxundu.
Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub

Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.
"Report"un Şirvan bürosunun məlumatına görə, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb. 
Belə ki, sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.
Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir. 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər