SON DƏQİQƏ

Keçmiş polis rəisinin arvadı həbs edildi

Tarix:

10-05-2017, 15:00

/ 2 968 dəfə oxundu.
Keçmiş polis rəisinin arvadı həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Report-un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə L.Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında L.Əkbərovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.

L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər