SON DƏQİQƏ
» » Azyaşlı sünnət zamanı niyə ölüb? - Səbəb bilindi

Azyaşlı sünnət zamanı niyə ölüb? - Səbəb bilindi

Tarix:

4-05-2017, 14:54

/ 3 812 dəfə oxundu.
Azyaşlı sünnət zamanı niyə ölüb? - Səbəb bilindi

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa "Novakain” dərmanının vurulmasından yaranıb:
"Ölüm qorxudan baş verməyib. Uşaqda "Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.
Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir. (Trend.az)

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ