SON DƏQİQƏ
» » DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

Tarix:

27-04-2017, 15:57

/ 6 005 dəfə oxundu.
DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.

 Report-a istinadən xəbər verilir ki, Yol Patrul Xidməti (YPX) avtomobili ilə "Mercedes”in toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.
Yaralılar:
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;
1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;
1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;
Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;
1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.
Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i reanimasiya, 3-ü isə travmotologiya şöbəsinə yerləşdirilib.
Hadisə zamanı ölən iki nəfərin adı hələlik məlum deyil.
13:34
Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 APA-ya istinadən xəbər verilir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.
Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

GUNAZ.az

 


 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ