SON DƏQİQƏ
» » Bakıda yanğın: 3 polis zəhərləndi, 40 nəfər...

Bakıda yanğın: 3 polis zəhərləndi, 40 nəfər...

Tarix:

24-04-2017, 16:46

/ 2 821 dəfə oxundu.
Bakıda yanğın: 3 polis zəhərləndi, 40 nəfər...

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərdə bildirilir ki, paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.
Hadisə yerindən 40 sakin təxliyə, 8 azyaşlı xilas edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın zamanı 3 polis əməkdaşı tüstüdən zəhərlənib.
Polis əməkdaşları zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ