SON DƏQİQƏ
» » Gürcüstanda baş verən yol qəzasında 6 nəfər ölüb

Gürcüstanda baş verən yol qəzasında 6 nəfər ölüb

Tarix:

23-04-2017, 23:41

/ 2 848 dəfə oxundu.
Gürcüstanda baş verən yol qəzasında 6 nəfər ölüb

Qərbi Gürcüstanda Kutaisi yaxınlığında baş verən yol qəzasında 6 nəfər ölüb.
 
Bu barədə "İmedi"  telekanalı məlumat verib. Hadisə zamanı sürətlə hərəkət edən «Mercedes» markalı avtomobil  və "Jeep”  toqquşub. Hadisədən iki dəqiqə sonra toqquşan avtomobillərə mikroavtobus çırpılıb. Qəza nəticəsində hamilə qadın daxil olmaqla,  6 nəfər  ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb. Həkmilərin sözlərinə görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Gürcüstan CM-nin yol hərəkəti təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox adamın ölümünə səbəb maddəsi ilə cinayət işi qaldırılıb. Günahkar sürücünü 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ