SON DƏQİQƏ
» » "Mercedes" yüksək sürətlə "London taksisi"nə çırpılıb, 5 nəfər yaralanıb

"Mercedes" yüksək sürətlə "London taksisi"nə çırpılıb, 5 nəfər yaralanıb

Tarix:

21-04-2017, 07:00

/ 3 935 dəfə oxundu.
"Mercedes" yüksək sürətlə "London taksisi"nə çırpılıb, 5 nəfər yaralanıb

Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən "99-XU-438" dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü səbəb olub.
Nəticədə yüksək sürətlə gələn "10-NA-016" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Mercedes" bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bundan əllavə, "London taksisi"nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ