SON DƏQİQƏ

Yenə də dəniz can aldı

Tarix:

Bu gün, 21:09

/ 3 478 dəfə oxundu.
Yenə də dəniz can aldı

Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb.
Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
скачать dle 12.1

Şərhlər