SON DƏQİQƏ
» » Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Tarix:

Bu gün, 19:17

/ 2 609 dəfə oxundu.
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər