SON DƏQİQƏ
» » Orduda xidmət edən qadınların sayı açıqlandı

Orduda xidmət edən qadınların sayı açıqlandı

Tarix:

Bu gün, 13:16

/ 3 264 dəfə oxundu.
Orduda xidmət edən qadınların sayı açıqlandı

Ölkənin hərbi və təhlükəsizlik sistemində xidmət edən qadınların sayı artmaqdadır. Müdafiə Nazirliyi və digər güc strukturlarının rəsmi məlumatları göstərir ki, xanımlar artıq təkcə tibb və ya inzibati sahələrdə deyil, həm də zabit, gizir, polis əməkdaşı və rəhbər vəzifələrdə aktiv təmsil olunurlar.

Müdafiə Nazirliyinin rəsmi statistikasına görə, hazırda Azərbaycan Ordusunda 329 zabit və gizir qadın hərbi qulluqçu xidmət edir. Bundan əlavə, orduda 1602 müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın və 10 218 mülki işçi çalışır. Komandanlıq və rəhbər strukturlarda isə 4 hərbi qulluqçu və 2 mülki işçi qadın yüksək vəzifə tutur.

Digər güc strukturlarında da aktivlik yüksəkdir. Daxili İşlər Nazirliyi sistemində xidmət edənlərin 12 faizini, yəni 4 134 nəfərini qadınlar təşkil edir və onlardan 64-ü rəhbər vəzifələrdədir. Dövlət Təhlükəsizliyi Xidmətində çalışan qadınların payı 22 faizə çatır ki, onların da 38 nəfəri məsul postlardadır. Dövlət Sərhəd Xidmətində ümumi heyətin 13 faizini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində isə 32 faizini xanımlar təşkil edir. 
скачать dle 12.1

Şərhlər