SON DƏQİQƏ
» » İranda daşqınlar nəticəsində ölənlərin sayı 25-ə yüksəlib - YENİLƏNİB

İranda daşqınlar nəticəsində ölənlərin sayı 25-ə yüksəlib - YENİLƏNİB

Tarix:

15-04-2017, 14:00

/ 6 721 dəfə oxundu.
İranda daşqınlar nəticəsində ölənlərin sayı 25-ə yüksəlib - YENİLƏNİB

Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.
APA-nın Tehran bürosunun məlumatına görə,  İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha 16 nəfər itkin düşüb.
Ölənlərdən 5-i Kirmanşah əyalətinin, qalanları isə Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərinin sakinidir.
İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.
Təbriz şəhərində də sel evlərə ziyan vurub.
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.
Ölü və itkin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
saat 12.04
İranın şimal-qərbində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
APA-nın "RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Şərqi Azərbaycan Vilayətinin rəhbərliyin açıqlamasında bildirilir.
"Hazırda Əcəbşir rayonunda 14 nəfərin meyiti tapılıb, daha üç nəfərin meyiti Azərşəhr dairəsində sudan çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Sel daşqınları nəticəsində 37 nəfər zərər çəkib”, - deyə məlumatda qeyd olunub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ