SON DƏQİQƏ
» » Kolumbiyada ölənlərin sayı 300-ü ötüb, 314 nəfər itkin düşüb - YENİLƏNİB

Kolumbiyada ölənlərin sayı 300-ü ötüb, 314 nəfər itkin düşüb - YENİLƏNİB

Tarix:

6-04-2017, 07:21

/ 3 992 dəfə oxundu.
Kolumbiyada  ölənlərin sayı 300-ü ötüb, 314 nəfər itkin düşüb - YENİLƏNİB

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.
 "RİA Novosti”yə istinadən verilən xəbərə görə, bundan əvvəl 293 nəfərin öldüyü, 332 nəfərin xəsarət aldığı, 314 nəfərin itkin düşdüyü bildirilirdi.
İndiyədək təbii fəlakət zonasında 301 nəfərin meyiti tapılıb. Ölənlərdən 173 nəfərin kimliyi müəyyənləşdirilib.
Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. 
***
03:16
Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 314 nəfər itkin düşmüş hesab edilir.
 TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ölkə prezidenti Xuan Manuel Santos bildirib.
Onun sözlərinə görə, təbii fəlakət 293 nəfərin həyatına son qoyub, 332 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 3 minədək insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.
EFE agentliyinin məlumatına görə, itkin düşənlər arasında 8 əcnəbi var. Onlardan 3 nəfərin İspaniya vətəndaşı olduğu dəqiqləşib.
Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Sel suları onlarla yaşayış evini dağıdıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ