SON DƏQİQƏ

Beyləqanda ağır qəza: xəsarət alanlar var

Tarix:

21-05-2026, 21:49

/ 2 420 dəfə oxundu.
Beyləqanda ağır qəza: xəsarət alanlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 GunAz.az  xəbər verir ki, hadisə Beyləqan Daşburun avtomobil yolunda olub.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə Füzuli rayon Qayıdış qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Quliyev Etibar Müstəcəb oğlu və onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Quliyeva Cəmalə Vaqif qızı və digər avtomobildə olan Beyləqan rayon sakinləri - sürücü 1998-ci il təvəllüdlü Əlifzadə Babək Adil oğlu, avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Məmmədova Gülsarə İman qızı və 1972-ci il təvəllüdlü Zalov Əli Yaqub oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb. qafqazinfo.az
скачать dle 12.1

Şərhlər