SON DƏQİQƏ
» » Quyunun qazılması zamanı divar uçdu, ölən var

Quyunun qazılması zamanı divar uçdu, ölən var

Tarix:

20-05-2026, 09:17

/ 2 417 dəfə oxundu.
Quyunun qazılması zamanı divar uçdu, ölən var

Şəmkirdə bədbəxt hadisə baş verib.
GunAz.az  xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu qazan zaman yaxınlıqdakı divar uçub.
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində  tədbirlər həyata keçirilir.
Həmin şəxslərin kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır
скачать dle 12.1

Şərhlər