SON DƏQİQƏ
» » Masazırda narkotik əməliyyat: 13 nəfər saxlanıldı

Masazırda narkotik əməliyyat: 13 nəfər saxlanıldı

Tarix:

8-05-2026, 21:32

/ 4 605 dəfə oxundu.
Masazırda narkotik əməliyyat: 13 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.
GunAz.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Araşdırma aparılır.
“Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
скачать dle 12.1

Şərhlər