
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində fərdi yaşayış evində yanğın baş verib.
GunAz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan üçotaqlı evin, eləcə də evə bitişik sahəsi 117 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb.
Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
































