SON DƏQİQƏ
» » Kürdəmirdə ağır qəza: ölən və yaralı var

Kürdəmirdə ağır qəza: ölən və yaralı var

Tarix:

26-08-2025, 22:31

/ 2 671 dəfə oxundu.
Kürdəmirdə ağır qəza: ölən və yaralı var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.
GunAz.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili “Chevrolet” markalı digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.
2002-ci il təvəllüdlü Rahib Allahverdiyev isə müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər