SON DƏQİQƏ

İki avtomobil toqquşdu, xəsarət alan var

Tarix:

11-02-2017, 15:55

/ 4 850 dəfə oxundu.
İki avtomobil toqquşdu, xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün Heydər Əliyev prospektində qeydə alınıb. Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Lazım oğlu Qədirovun idarə etdiyi "Chery" markalı maşınla 1982-ci il təvəllüdlü Afiq Rafiq oğlu Əliyevin idarə etdiyi VAZ-21011 markalı minik maşını toqquşub. Nəticədə" VAZ-21011" markalı maşının sürücüsü A. Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb VAZ markalı maşının sürücüsünün dönmə əməliyyatın düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ