SON DƏQİQƏ
» » İstirahət parkının rəhbəri israilli uşaqlara görə həbs olundu

İstirahət parkının rəhbəri israilli uşaqlara görə həbs olundu

Tarix:

23-08-2025, 08:13

/ 3 463 dəfə oxundu.
İstirahət parkının rəhbəri israilli uşaqlara görə həbs olundu

Fransanın cənubunda yerləşən istirahət parkının direktoru 150 israilli uşağın parkı ziyarət etməsinə icazə vermədiyi üçün saxlanılıb və həbs edilib.
GunAz.az xəbər verir ki, Parisien qəzeti məlumat verib ki, uşaqlar İspaniyadakı yay düşərgəsindən parkı ziyarət etmək üçün gəlsələr də, park rəhbəri “şəxsi əqidələrinə görə” onları qəbul etməyib. Bütün biletin əvvəlcədən bron edildiyi bildirilsə də, direktor uşaqları parkın ərazisinə buraxmayıb.
Hadisədən sonra uşaqlar jandarm müşayiəti ilə başqa bir parkı ziyarət ediblər. Qəzet qeyd edir ki, 52 yaşlı direktor üçün üç ilədək həbs cəzası tətbiq oluna bilər.Musavat.com 
скачать dle 12.1

Şərhlər