SON DƏQİQƏ

Bu direktor 5000 cərimələndi- SƏBƏB?

Tarix:

16-04-2020, 17:01

/ 1 839 dəfə oxundu.
Bu direktor 5000 cərimələndi- SƏBƏB?

Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində 30 ağac tingini kəsən park direktoru külli miqdarda cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən parka keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 ağac tinginin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.
Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5000 manat məbləğində cərimə olunub.
Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna "məcburi göstəriş” verilib.
Qeyd edək ki, 29 dekabr 2019-cu il tarixində də sözügedən ərazidə ağacların kəsildiyi və təbiətə 8520 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.
Ağac kəsənlər bu günədək müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ