SON DƏQİQƏ
» » Ağdam-Füzuli yolunda ağır qəza: 20 nəfər...

Ağdam-Füzuli yolunda ağır qəza: 20 nəfər...

Tarix:

9-07-2025, 10:11

/ 2 582 dəfə oxundu.
Ağdam-Füzuli yolunda ağır qəza: 20 nəfər...

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə GunAz.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər