SON DƏQİQƏ

Azərbaycanda ağlr yol qəzası baş verib

Tarix:

5-12-2023, 19:56

/ 3 248 dəfə oxundu.
Azərbaycanda ağlr yol qəzası baş verib

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ