SON DƏQİQƏ

Miras üstündə qətl törədilib

Tarix:

3-05-2025, 22:30

/ 3 909 dəfə oxundu.
Miras üstündə qətl törədilib

Türkiyədə miras üstündə daha bir qətl törədilib.
Hadisə Kocaeli rayonun Kartepe qəsəbəsində baş verib. Miras üstündə aralarında ədavət yaranan Kənan A. qardaşı oğlu Məhəmməd A.-nın evinin qarşısına gedib. Burada əmi və qardaşoğlu arasında mübahisə başlayıb və sonradan davaya çevrilib. Dava zamanı Məhəmməd maşınına minərək qaçıb.
Kənan A. da öz avtomobili ilə onu təqib etməyə başlayıb. Nəticədə onların maşınları bir-birinə çırpılaraq, qəza törədib. Qəzadan sonra maşından enən Kənan A. tüfənglə atəş açaraq, Məhəmmədi yaralayıb. Hadisə yerinə gələn həkimlər gənc oğlanın öldüyünü müəyyən ediblər.
Kənan A. saxlanılıb və faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər