SON DƏQİQƏ
» » Evi uçurdulan vətəndaş şirkətdən 2 milyon istəyib?

Evi uçurdulan vətəndaş şirkətdən 2 milyon istəyib?

Tarix:

28-03-2025, 21:34

/ 4 215 dəfə oxundu.
Evi uçurdulan vətəndaş şirkətdən 2 milyon istəyib?

“Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.
GunAz.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:
“Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”.
скачать dle 12.1

Şərhlər