SON DƏQİQƏ
» » Zaqatalada partlayış zamanı 18 yaşlı oğlan həyatını itirdi

Zaqatalada partlayış zamanı 18 yaşlı oğlan həyatını itirdi

Tarix:

16-03-2024, 17:27

/ 3 139 dəfə oxundu.
Zaqatalada partlayış zamanı 18 yaşlı oğlan həyatını itirdi

Zaqatala rayon prokurorluğu martın 16-da, saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə məlumat yayıb.

Baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.
İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ