SON DƏQİQƏ
» » Şuşada fortifikasiya quraşdırmağa cəhd göstərən ermənilər QOVULDU

Şuşada fortifikasiya quraşdırmağa cəhd göstərən ermənilər QOVULDU

Tarix:

16-08-2023, 22:22

/ 3 890 dəfə oxundu.
Şuşada fortifikasiya quraşdırmağa cəhd göstərən ermənilər QOVULDU

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

скачать dle 12.1

Şərhlər