SON DƏQİQƏ
» » Ermənilər fortifikasiya qurğuları qurmağa cəhd etdi

Ermənilər fortifikasiya qurğuları qurmağa cəhd etdi

Tarix:

11-07-2023, 16:41

/ 1 673 dəfə oxundu.
Ermənilər fortifikasiya qurğuları qurmağa cəhd etdi

İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər