SON DƏQİQƏ
» » Bakıda Çin vətəndaşı teleskopik yükləyicinin hissələri arasında qaldı

Bakıda Çin vətəndaşı teleskopik yükləyicinin hissələri arasında qaldı

Tarix:

2-08-2023, 15:16

/ 1 645 dəfə oxundu.
Bakıda Çin vətəndaşı teleskopik yükləyicinin hissələri arasında qaldı

Avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan verilən xəbərə görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
скачать dle 12.1

Şərhlər