
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Uğur-2" yaşayış kompleksinə daxil olan çoxmərtəbəli yaşayış binalarının birində yanğın baş verib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.