SON DƏQİQƏ
» » Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI

Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI

Tarix:

27-08-2020, 14:56

/ 5 014 dəfə oxundu.
Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Naziriyin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ