SON DƏQİQƏ

FHN Qobustanda baş verən yanğını söndürdü

Tarix:

13-06-2019, 18:52

/ 1 986 dəfə oxundu.
FHN Qobustanda baş verən yanğını söndürdü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

GunAz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 hektar sahədə quru ot və kol-kos yanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ